Millimizin oyunlarının vaxtı və məkanı açıqlandı

17:34 - 21 Noyabr 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Millətlər Liqası çərçivəsində dekabrın 1-də Kipr və 5-də Farer adaları komandasına qarşı keçirəcək oyunların məkanı və başlama vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, Kipr yığması ilə oyun Bakı vaxtı ilə saat 21:00-da Limassolda “Limassol” stadionunda keçiriləcək. Farer adaları ilə qarşılaşma isə saat 19:00-da “Dalğa Arena”da baş tutacaq.

Xəbər xətti