Türkiyənin "Beşiktaş" klubunun heyətində itkilər baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları Jan Onana və Yakup Arda Kılıç "Sakaryaspor"la keçirilən hazırlıq matçında zədələnib.
Milot Raşitsa isə Kosovo millisinin məşqində sıradan çıxıb. Hər üç oyunçunun müalicəsinə başlanılıb.
Onana və Raşitsanın 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
saytlarin hazirlanmasi