"Milan"ın hücumçusu Olivye Jiru gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, fransalı forvard İtaliya təmsilçisində qalmaq istəyir. 37 yaşlı futbolçu klubdan yeni müqavilə təklifi gözlədiyini bildirib:
"Müqaviləm mövsümün sonunda başa çatır. Amma "Milan"da qalmaq karyerama davam etmək istəyirəm. Yeni sözləşmə ilə bağlı danışıqlar hələ başlamayıb. Klubun yaxın zamanda məni görüşə dəvət edəcəyini gözləyirəm".
Qeyd edək ki, Olivye Jiru cari mövsümdə "Milan"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi