19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirilib.
Sportal.az xəbər verir ki, Nadir Nəbiyevin rəhbərlik etdiyi kollektiv turnirə ev sahibliyi edən Lüksemburqla üz-üzə gəlib. Qarşılaşma yığmamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millimizin heyətində 84-cü dəqiqədə Şahin Şahniyarov fərqlənib.
3 oyundan sonra 1 xal toplayan Azərbaycan millisi elit-raunda vəsiqə qazana bilməyib.
saytlarin hazirlanmasi