Avro-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu müəyyənləşibş
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının kapitanı Emin Mahmudovun İsveçlə matçda meydanın mərkəzindən rəqib qapısına vurduğu top ən yaxşı seçilib.
31 yaşlı yarımmüdafiəçinin qolu UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Qeyd edək ki, Azərbaycan milli komandası Toviq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada İsveçi 3:0 hesabı ilə məğlub etmişdi.
saytlarin hazirlanmasi