Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi postunu tərk edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib. "Tuttomercato" nəşrinə danışan 67 yaşlı məşqçi yığmamızı gələcəyi olan komanda adlandırıb:
"Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşdım. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Azərbaycan reytinqdə 120-ci yeri tutan milli komandadır. Amma istənilən halda biz İsveç kimi yüksək reytinqli rəqibi 3:0 hesabı ilə məğlub etməyi bacardıq.
De Byazi gələcəyi haqda da danışıb. Təcrübəli məşqçi təklifləri dəyərləndirməyə hazır olduğunu deyib:
"Hazırda Milad bayramının keçməsini gözləyirəm. 2024-cü ildə nəzərdən keçirmək üçün seçimlər olsa, mən onu dəyərləndirməyə hazıram".
saytlarin hazirlanmasi