"Mançester Siti"nin futbolçusu bu klublarda oynamaq istəmir

11:35 - 23 Noyabr 2023

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva gələcək karyerasından danışıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu bir gün keçmiş klubu "Benfika"ya qayıtmaq istədiyini deyib: "Bir gün doğma klubuma qayıtmaq istəyərəm. Əlbəttə, buna klub da razı olmalıdır. "Sportinq" və ya "Portu"da oynamaq ehtimalım isə yoxdur. Bu iki klubda oynamaram".

29 yaşlı futbolçu 2014-cü ildə "Benfika"dan "Monako"ya, 2017-ci ildə isə "Mançester Siti"yə keçib.

Xəbər xətti