Ulduz futbolçu sərxoş halda qəza törətdi

10:36 - 24 Noyabr 2023

Türkiyənin "Adana Demirspor" klubunun futbolçusu Mario Balotelli qəza keçirib.

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu ölkəsi İtaliyada qəzaya düşüb. Hadisə Breşiya şəhərində baş verib.

Yerli polisin məlumatına görə, Balotelli xəsarət almayıb. Lakin o, çətinliklə yeriyib. Ulduz futbolçunun sərxoş olduğu bildirilir. İtaliya millisinin sabiq üzvü alkoqol testi verməkdən imtina edib.

Qeyd edək ki, Mario Balotelli cari mövsümdə "Adana Demirspor"un heyətində meydana çıxdığı 5 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti