Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

11:59 - 24 Noyabr 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Millətlər Liqası çərçivəsində Kipr və Farer adaları yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər müəyyənləşib.

Sportal.az xəbər verir ki, dekabrın 1-də “Limassol” stadionda keçiriləcək Kipr – Azərbaycan oyununu Belçikadan, dekabrın 5-da “Dalğa Arena”da təşkil olunacaq Azərbaycan – Farer adaları qarşılaşmasını isə İsveçdən olan hakimlər briqadası idarə edəcək:

Kipr – Azərbaycan

1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00

Baş hakim: Karoline Lanssens

Baş hakimin köməkçiləri: İrmqard Van Meyrvenne, Marqot Yacobs

Dördüncü hakim: Jana Van Laere

Azərbaycan – Farer adaları

5 dekabr. “Dalğa Arena”. Saat 19:00

Baş hakim: Lovisa Yohansson

Baş hakimin köməkçiləri: Camilla Stendahl, Jilan Taher

Dördüncü hakim: Maral Mirzai Beni

Xəbər xətti