"Fənərbaxça"nın qadınlardan ibarət komandasının qapıçısı Göknur Güleryüz milli seçimini edib.
Sportal.az xəbər verir ki, 20 yaşlı qolkiper Azərbaycan yığma komandasından gələn təklifi qəbul etməyib. Gənc futbolçu Türkiyə millisində oynamağı üstün tutub.
Göknur Güleryüz artıq Türkiyə seçməsinin Millətlər Liqası üçün açıqlanan heyətinə dəvət edilib.
Qeyd edək ki, Göknür daha əvvəl Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının formasını geyinib.
saytlarin hazirlanmasi