Millimizin baş məşqçi postuna 2 real namizəd

14:39 - 26 Noyabr 2023

Canni De Byazinın ayrılığından sonra AFFA milli komandaya baş məşqçi axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, bu posta hazırda iki real namizəd var - Fabio Kannavarro və İlhan Palut.

“Mehdi Ishik International Football Consulting” şirkətinin rəhbəri Mehdi İşık AFFA rəsmiləri ilə görüşüb və namizəd məşqçiləri müzakirə edib.

Bir neçə namizədin müzakirəsindən sonra Fabio Kannavarro və İlhan Palut variantları üzərində seçim edilməsi qərara alınıb.

Şirkətin skautu Vüsal Həsənov bu məlumatı təsdiq edib:

“Millimizdə baş məşqçi vəzifəsi boş qaldıqdan dərhal sonra Mehdi İşık və skaut komandamızla birgə 7/24 saat çalışmağa başladıq”.

Elçin Əlixan

Xəbər xətti