"Liverpul" dramatik matçda əzmkar qələbə qazandı - VİDEO

20:25 - 3 Dekabr 2023

İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Liverpul" doğma meydanda "Fulhem"i qəbul edib. Qarşılaşma Mersisayd təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 31-ə yüksəldən "Liverpul" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Fulhem" isə 14-cü yerdədir.

"Liverpul" - "Fulhem" 4:3
Qollar:
Brend Leno, 30 (avtoqol), Mak Allister, 38, Vataru Endo, 87, Aleksander-Arnold, 88 - Harri Vilson, 24, Kenni Tete, 45+3, Dekordova-Reyd, 80

Xəbər xətti