Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində qrupda son oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, millimiz “Dalğa Arena”da, saat 19:00-da start götürəcək oyunda Farer adaları yığması ilə qarşılaşacaq.
“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq Azərbaycan – Farer adaları qarşılaşmasını İsveçdən olan hakimlər briqadası idarə edəcək:
Azərbaycan – Farer adaları
5 dekabr. “Dalğa Arena”. Saat 19:00
Baş hakim: Lovisa Johansson
Baş hakimin köməkçiləri: Camilla Stendahl, Jilan Taher
Dördüncü hakim: Maral Mirzai Ben
saytlarin hazirlanmasi