Milli üzvü 4 aylıq sıradan çıxdı

11:15 - 5 Dekabr 2023

İngiltərənin "Nyukasl" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qapıçısı Nik Poup sıradan çıxıb. 31 yaşlı qolkiper Premyer Liqanın 14-cü turunun "Mançester Yunayted"lə matçındaq zədələnib.

İngiltərə millisinin üzvü çiynindən xəsarət alıb. Təcrübəli "əlcək sahibi" yaxın günlərdə əməliyyat olunacaq. Onun 4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Nik Poup cari mövsümdə "Nyukasl"ın heyətində 20 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti