"Real"ın sabiq baş məşqçisi Premyer Liqaya qayıdır

12:44 - 8 Dekabr 2023

"Nottingem Forest" baş məşqçi Stiv Kuperi istefaya göndərməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi artıq yeni baş məşqçi namizədini də müəyyənləşdirib. Rəhbərlik komandanın "sükan"ı arxasına Yulen Lopeteqini gətirmək istəyir. Bu barədə "Guardian" nəşri məlumat yayıb.

"Real" və İspaniya millisinin sabiq baş məşqçisi olmuş Lopeteqi İngiltərədə "Vulverhempton"u da çalışdırıb.

Xəbər xətti