"Liverpul" əzmkar qələbə ilə lider oldu - VİDEO

20:44 - 9 Dekabr 2023

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Liverpul" səfərdə "Kristal Pelas"ın qonağı olub. Qarşılaşma Mersisayd təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 37-yə yüksəldən "Liverpul" liderliyi ələ keçirib. 16 xalı olan "Kristal Pelas" isə 15-ci yerdədir.

"Kristal Pelas" - "Liverpul" 1:2
Qollar:
Mateta, 57 (pen) - Salah, 76, Elliott, 90+1

Xəbər xətti