"Mançester Yunayted" evdə böyük hesabla uduzdu - VİDEO

22:30 - 9 Dekabr 2023

İngiltərə Premyer Liqasında 16-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Yunayted" doğma meydanda "Bornmut"u qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Bornmut" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 27 xalı olan "Mançester Yunayted" isə 6-cı yerdədir.

"Mançester Yunayted" - "Bornmut" 0:3
Qollar:
Solanke, 5, Billinq, 68, Senesi, 73

Xəbər xətti