"Tottenhem" "Nyukasl"ı darmadağın etdi - VİDEO

10:04 - 11 Dekabr 2023

İngiltərə Premyer Liqasında 16-cı turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, "Tottenhem" doğma meydanda "Nyukasl"ı qəbul edib. Qarşılaşma London təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 30-a yüksəldən "Tottenhem" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Nyukasl" isə 7-ci yerdədir.

"Tottenhem" - "Nyukasl" 4:1
Qollar: 
Udoqye, 26, Rişarlison, 38, 60, Son, 85 (pen) - Joelinton, 90+1

Xəbər xətti