Son zamanlarda zədələrdən əziyyət çəkən "Çelsi"nin müdafiəçisi Ris Ceyms yenə sıradan çıxıb.
Sportal.az xəbər verir ki, kapitan köhnə zədəsini yeniləyib. Belə ki, 24 yaşlı sağ cinah müdafiəçisi ayaq əzəlisindən zədə alıb. Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu mart ayına kimi yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ris Ceyms cari mövsümdə "Çelsi"nin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi