İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi Destini Udoqinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı sol cinah müdafiəçisi 2030-cu ilin yayına kimi Premyer Liqa klubuna məxsus olacaq.
Qeyd edək ki, "Tottenhem" Destini Udoqini 2022-ci ilin yayında "Udineze"dən transfer edib. İtaliyalı millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi