"Milan" 3 xalı 3 qolla qazandı - VİDEO

18:11 - 17 Dekabr 2023

İtaliya A Seriyasında 16-cı turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Milan" doğma meydanda "Montsa"nı qəbul edib. Qarşılaşma Stefano Piolinin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 32-yə yüksəldən "Milan" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 21 xalı olan "Montsa" isə 11-ci yerdədir.

"Milan" - "Montsa" 3:0
Qollar:
Ticani Reynders, 3, Yan-Karlo SimiÇ, 41, Noa Okafor, 76

Xəbər xətti