Azərbaycan milli komandasına yeni baş məşqçi seçmək üçün AFFA-nın İşçi Qrupu müəyyənləşib. Hazırda əsas müzakirə mövzusu yığmaya yerli, yoxsa əcnəbi məşqçinin təyin olunacağıdır. Verilən açıqlamalara görə əcnəbi mütəxəssis olsa belə, Azərbaycan futbolunu bilən, ölkəmizin mentalitetinə yaxın olan mütəxəssisə üstünlük veriləcəyi nəzərdə tutulub.
Adı çəkilənlər arasında Kurban Berdiyev də var. Türkmənistanlı məşqçini ən yaxşı tanıyanlardan biri vaxtilə "Rubin"də onun rəhbərliyi altında çıxış edən Ruslan Abışovdur.
Sportal.az saytı olaraq milli komandamızın sabiq üzvünün fikirlərini öyrəndik. Abışov Kurban Berdiyevə şərait yaradılsa, istənilən rəqibi məğlub edəcək komanda yarada biləcəyini dedi:
"Əgər bu dəfə də yerli məşqçi olmayacaqsa, buna təəssüflənərəm. Amma əcnəbi olacaqsa, Kurban Berdiyev seçimini ayaq üstə alqışlaya bilərəm. Bu mütəxəssisə həqiqətən də güvənmək olar. Onun özü də bizim ölkəni və insanlarımızı çox sevir. Əgər Kurban Berdiyevə şərait yaradılsa, istənilən rəqibi məğlub edə biləcək milli komanda formalaşdıra bilər. “Rubin”dəki fəaliyyəti barədə əlavə şərhə ehtiyac yoxdur. O, hazırda Dağıstan futbolunda ciddi inqilab edir. Az büdcə və yerli futbolçulardan ibarət “Dinamo” Mahaçqala komandası ilə 1-ci divizonda vahid lider olmaqla yanaşı Premyer Liqaya yüksəlməyə də çox yaxındır. Bir sözlə, əcnəbi məşqçi olacaqsa, Kurban Berdiyev kimi mütəxəsisslərə üstünlük vermək lazımdır".
Elçin Əlixan
saytlarin hazirlanmasi