"Napoli"nin hücumçusu Viktor Osimhen gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, nigeriyalı futbolçu bir müddət Neapol təmsilçisində qalmağı düşünür. Bu barədə Fabritsio Romano məlumat yayıb.
24 yaşlı forvardla "Napoli" rəhbərliyi arasında gedən danışıqlar uğurlu nəticələnib. O, 2025-ci ilin yayına kimi olan müqaviləsinin müddətini daha 1 il uzadacaq.
Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə "Napoli"nin heyətində meydana çıxdığı 17 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi