"Milan"ın futbolçusu 2 ay oynamayacaq

21:30 - 25 Dekabr 2023

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Fikayo Tomori sıradan çıxıb.

26 yaşlı futbolçu ölkə çempionatının 17-ci turunun "Salernitana" ilə matçında sıradan çıxıb. İngiltərəli arxa xətt oyunçusu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Fikayo Tomori cari mövsümdə "Milan"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti