"Nyukasl" evdə "Nottingem Forest"ə uduzdu - VİDEO

19:40 - 26 Dekabr 2023

İngiltərə Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Nyukasl" doğma meydanda "Nottingem Forest"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 17-yə yüksəldən "Nottingem Forest" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. 29 xalı olan "Nyukasl" isə 7-ci yerdədir.

"Nyukasl" - "Nottengem Forest" 1:3
Qollar:
Aleksandr İsak, 23 (pen) - Kris Vud, 45+1, 53, 60

Xəbər xətti