İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Kristian Romero sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Anje Postekoqlu məlumat verib.
Argentinalı mərkəz müdafiəçisi Premyer Liqanın "Everton"la matçında (2:1) zədələnib. 25 yaşlı futbolçu 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Kristian Romero cari mövsümdə "Tottenhem"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi