"Mançester Siti"nin futbolçusu: "Benfika"ya qayıtmaq istəyirəm"

19:56 - 27 Dekabr 2023

"Mançester Siti"nin futbolçusu Bernardo Silva gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, "Benfika"nın yetirməsi olan portuqaliyalı yarımmüdafiəçi sabiq klubuna qayıtmaq istədiyini bildirib:

"Benfika"ya qayıtmaq istəyirəm. Nələr olacağını gələcəkdə görəcəyik. Bu haqda çox danışmağa ehtiyac yoxdur. Hazırda "Mançester Siti" ilə müqaviləm var. Portuqaliya futbolu maliyyə məsələsində İngiltərə, İspaniya, Almaniya, Fransa ilə müqayisə oluna bilməz. Hazırda "Benfika"ya getmək istəsəm də, bu, mümkün deyil. Çünki, "Mançester Siti" mənim üçün çox pul istəyəcək".

Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. 29 yaşlı oyunçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "şəhərlilər"lə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti