"Yuventus" Braziliya millisinin üzvü ilə müqavilə imzaladı

21:49 - 27 Dekabr 2023

İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi Bremerin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı mərkəz müdafiəçisi 2028-ci ilin yayına kimi "ağ-qaralar"a məxsus olacaq.

Qeyd edək ki, "Yuventus" Bremeri 2022-ci ilin yayında "Torino"dan tranfer edib. Braziliya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti