Ölkəmizin bütün aşağı yaş qrupları üzrə milli komandalarının məşqçilər heyəti ilə yollar ayrılıb.
Sportal.az saytının əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi məşqçilərin heç biri ilə müqaviləni yeniləməyib. Onlara deyilib ki, bu məsələyə gələn il baxılacaq. Yalnız U-21 millisinin baş məşqçisi Samir Əliyev və onun köməkçiləri işinə davam edəcək.
Qeyd edək ki, İlham Yadullayev (U-15, U-16), Füzuli Məmmədov (U-17), Elxan Abdullayev (U-18), Aqil Nəbiyev (U-19) aşağı yaş qrupları üzrə yığmalarımızda baş məşqçi postunu tuturdular.
saytlarin hazirlanmasi