“Mançester Siti”nin futbolçusu Cek Qrilişin malikanəsi qarət olunub.
Sportal.az xəbər berir ki, soyğunçular ingilis futbolçunun evindən 1 milyon funt-sterlinq dəyərində bahalı saatlar və zinət əşyaları aparıblar.
Hadisə Premyer Liqanın 19-cu turunun “Everton” - “Mançester Siti” matçı (3:1) zamanı baş verib. Həmin vaxt 28 yaşlı vingerin ailə üzvləri evin birinci mərtəbəsində olub və oyunu izləyiblər.
“Mançester Siti” Cek Qrilişi 2021-ci ilin avqust ayında “Aston Villa”dan transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə “şəhərlilər”in heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi