İtaliyanın “İnter” klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi Federiko Dimarkonun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı sol cinah müdafiəçisi 2027-ci ilin yayına kimi “İnter”ə məxsus olacaq. Klub futbolçunun maaşını artırıb.
Qeyd edək ki, Fedriko Dimarko “İnter” öz yetirməsidir. İtaliya millisinin üzvü 2023/2024 mövsümündə komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi