"Çelsi" ili qələbə ilə başa vurdu - VİDEO

19:59 - 30 Dekabr 2023

İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Çelsi" səfərdə "Luton Taun"un qonağı olub. Qarşılaşma London təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 28-ə yüksəldən "Çelsi" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 15 xalı olan "Luton Taun" isə 18-ci yerdədir.

"Luton Taun" - "Çelsi" 2:3
Qollar:
Berkli, 80, Adebayo, 87 - Palmer, 12, 70, Madueke, 37

Xəbər xətti