"Mançester Siti" evdə qələbə qazandı - VİDEO

21:26 - 30 Dekabr 2023

İngiltərə Premyer Liqasında 20-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Siti" öz meydanında "Şeffild Yunayted"i qəbul edib. Qarşılaşma "şəhərlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 40-a yüksəldən "Mançester Siti" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 9 xalı olan "Şeffild Yunayted" isə sonuncu yerdədir.

"Mançester Siti" - "Şeffild Yunayted" 2:0
Qollar:
Rodri, 14, Julian Alvares, 61

Xəbər xətti