İtaliyanın "İnter" klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi Matteo Darmianın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı italiyalı sağ cinah müdafiəçisi 2025-ci ilin yayına kimi komandada qalacaq.
Qeyd edək ki, "İnter" Federiko Dimarko və Henrix Mxitaryanın da müqaviləsini yeniləyib.
saytlarin hazirlanmasi