Liverpul” “Leypziq”ə icarəyə verdiyi Fabio Karvalyonu vaxtından əvvəl geri qaytarıb.
Sportal.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı hücumçu mövsümün ikinci yarısını “qırmızılar”ın heyətində keçirəcək.
Qeyd edək ki, “Liverpul” Fabio Karvalyonu 2023-cü ilin yayında “Leypziq”ə bir mövsümlük icarəyə vermişdi. Portuqaliyalı hücumçu Almaniya təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb. O, iştirak etdiyi oyunlarda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi