İngiltərənin "Birmingem" klubu baş məşqçi Ueyn Runi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Çempionşip təmsilçisi 38 yaşlı mütəxəssisi istefaya göndərib. Bu barədə klubun mıtbuat xidməti məlumat yayıb.
İngiltərəli məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ueyn Runi 2023-cü ilin oktyabr ayından "Birmingem"i çalışdırırdı. Komanda Çempionşipda 26 turdan sonra 28 xal toplayıb və turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi