"Mançester Yunayted" mövsümün əvvəlində "Tottenhem"dən icarəyə götürdüyü Serxio Reqilonla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin məşqçilər korpusu ispaniyalı sol cinah müdafiəçisinin performansından məmnun deyil. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" 27 yaşlı futbolçunun icarə müqaviləsinə vaxtından əvvəl xitam verəcək və yanvar ayında onu geri qaytaracaq.
Qeyd edək ki, "Mançester Yunayted" Serxio Reqilonu ötən ilin sentyabr ayında bir mövsümlük icarəyə götürmüşdü. O, komandanın heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi