İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi Pape Matar Sarrın sözləşməsini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı dayaq yarımmüdafiəçisi 2030-cu ilin yayına kimi Premyer Liqa klubuna məxsus olacaq.
Qeyd edək ki, "Tottenhem" Pape Matar Sarrı 2022-ci ilin yayında "Mets"dən transfer edib. Seneqal millisinin üzvü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi