Milner "Mançester Yunayted"in əfsanəsinə çatdı

12:10 - 3 Yanvar 2024

"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirən ikinci oyunçu olub.

Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu "Vest Hem" səfərində ölkə çempionatında 632-ci matçına çıxıb. Təcrübəli orta xətt oyunçusu "Mançester Yunayted"in əfsanələrindən olan Rayan Giqqzə çatıb.

Premyer Liqada rekordçu isə Qaret Barridir. Veteran futbolçu "Aston Villa", "Mançester Siti", "Everton", və "Vest Brombiç"in heyətində 653 qarşılaşmada iştirak edib.

Xəbər xətti