İngiltərənin "Nyukasl" klubu baş məşqçi Eddi Haunu istefaya göndərməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi komandanın 2023/2024 mövsümündə göstərdiyi performansdan narazıdır.
"Sağsağanlar"ın 46 yaşlı mütəxəssisi kiminlə əvəzləməyi planlaşdırdığı da məlumdur. Belə ki, "Nyukasl" rəhbərliyi hazırda "Jirona"nı çalışdıran Mişel Sançesi baş məşqçi postuna gətirməyi düşünür. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Eddi Hau 2021-ci ilin noyabr ayından "Nyukasl"a rəhbərlik edir. Komanda Premyer Liqada 20 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. "Ağ-qaralar" Çempionlar Liqasında isə qrupu sonuncu pillədə başa vuraraq turnirdə mübarizəni dayandırıb.
Mişel Sançes isə 2021-ci ilin yayından "Jirona"nı çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv İspaniya La Liqasında 19 turdan sonra 48 xalla "Real"la birlikdə liderliyi bölüşür.
saytlarin hazirlanmasi