Mourinyo haqda film çəkilib: "Hamı mənim dəli olduğumu düşünəcək"

19:19 - 5 Yanvar 2024

"Roma"nın baş məşqçisi Joze Mourinyo haqda "Netflix" platformasında sənədli film çəkilib.

Sportal.az xəbər verir ki, film yaxın zamanda yayımlanacaq. Bu barədə portuqaliyalı mütəxəssis özü məlumat verib. Mourinyonun sözlərinə görə, filmdə onun haqda heç kəsin bilmədiyi məqamlar nümayiş olunacaq:

"Sizə bir xəbərim var. Yaxın müddətdə "Netflix"də mənim haqda sənədli film yayımlanacaq. Sadəcə orada görə biləcəyiniz bəzi şeylər var. "Roma" ilə müqavilə imzalamamışdan əvvəl onlarla əldə etdiyim sözlü razılaşmanı pozmağımı istəyən bir klub var idi. Amma mən o klubu rədd etdim. "Netflix"də rədd etdiyim təklifi gördükdə hamı mənim dəli olduğumu düşünəcək".

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin iyul ayından "Roma"nı çalışdırır. 60 yaşlı məşqçinin İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti