Milli komandanın baş məşqçisi postuna namizədlər məsələsi günü-gündən məzəli hal almağa başlayır. Hər yeni gün təzə namizəd, iş üslubuna görə bir-birinə uyğun gəlməyən məşqçilər...
Ötən gün açıqlama verən Ertuğrul Sağlam iki həftə öncə Azərbaycan millisindən təklif aldığını və onu geri çevirdiyini deyib. Maraqlıdır ki, milli komandaya namizədlərlə bağlı danışan AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov report.az-a deyib ki, federasiya heç bir məşqçiylə danışıq aparmayıb. Vaqif bəy onu da əlavə edib ki, milliyə yerli, yoxsa əcnəbi məşqçi məsələsində belə qərar verilməyib.
Belə çıxır ki, Ertuğrul Sağlam yalan danışır? Açığı, Ertuğrul bəy kimi insanın yalan danışması inandırıcı deyil. Vaqif bəyin də yalan dediyini düşünmürük. Ola bilər ki, AFFA-nın ali rəhbərliyi İşçi Qrupunun məlumatı olmadan, onların fikirlərinə ehtiyac duymadan əcnəbi məşqçi axtarışına çıxıb.
Kənardan çox pis görünür. Yaxşı olar ki, AFFA mənsubları Ertuğrul bəylə əlaqə saxlayıb, təklifin konkret kim tərəfindən olmasına aydınlıq gətirsinlər və mətbuata bununla bağlı açıqlama versinlər. İndiki halda isə bu, "qız evində toydur, oğlan evinin xəbəri yox" atalar sözünə bənzəyir.
Həmid
saytlarin hazirlanmasi