İngiltərənin "Nyukasl" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Joelinton sıradan çıxıb. Bu barədə komandanın baş məşqçiski Eddi Hau məlumat verib.
27 yaşlı yarımmüdafiəçi dizindən zədələnib. O, 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Joelinton bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə keçirdiyi 23 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi