Qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün futboldan uzaqlaşdırılan Ayven Toni yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, "Brentford"un 27 yaşlı hücumçusuna verilmiş 8 aylıq cəzanın müddəti bitib. İngiltərə millisinin üzvü Premyer Liqanın 22-ci turunun "Nottingem Forest"lə matçında iştirak edəcək.
Toni futbola qayıdışını şərh edərkən "artıq özümü azad insan kimi hiss edirəm" deyib.
Qeyd edək ki, "Brentford" - "Nottingem Forest" qarşılaşması 20 yanvar tarixində Bakı vaxtilə saat 21:30-da start götürəcək.
saytlarin hazirlanmasi