Salah "Liverpul"un düşərgəsinə qayıdır

11:55 - 22 Yanvar 2024

Afrika Millətlər Kubokunun Qana ilə oyununda (2:2) zədələnən Məhəmməd Salah Misir milli komandasının düşərgəsini tərk edib.

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu klubu "Liverpul"un düşərgəsinə qayıdacaq. Ulduz futbolçu müalicəsini burada davam etdirəcək.

"Liverpul"un baş məşqçisi Yürgen Klopp bildirib ki, Misir yığması turnirin finalına yüksəlsə və Salah zədəsini sağaltsa, o, həmin matç üçün milliyə qoşulacaq.

Xəbər xətti