Alleqri üçün tarixi oyun

14:56 - 22 Yanvar 2024

"Yuventus" İtaliya A Seriyasının 21-ci turunun səfərdə "Leççe"ni 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bu qarşılaşma Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri üçün əlamətdar olub. 56 yaşlı mütəxəssis ölkə çempionatında ümumilikdə 300-cü qələbəsini qazanıb.

Alleqri A Seriyasında ən çox qələbə qazanan məşqçilər arasında 3-cü pilləyə yüksəlib. İtaliyalı məşqçi yalnız Nereo Rokko (302) və Covanni Trapattonidən (352) geri qalır.

Xəbər xətti