21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Sportal.az xəbər verir ki, millimiz martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq.
Hər iki oyun “Azersun Arena”da keçirləcək. Qarşılaşmaların başlama saatı barədə məlumat veriləcək.
saytlarin hazirlanmasi