Daha bir tanınmış baş məşqçi mövsümün sonunda vəzifəsindən gedə bilər.
Sportal.az xəbər verir ki, söhbət "Arsenal"ı çalışdıran Mikel Artetadan gedir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
İspan mütəxəssisin yayda London təmsilçisini tərk edəcəyi ilə bağlı yaxın ətrafına məlumat verdiyi bildirilir.
Mikel Arteta 2019-cu ilin dekabr ayından "Arsenal"ı çalışdırır. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.
Qeyd edək ki, bir neçə gün əvvəl "Liverpul"un baş məşqçisi Yurgen Klopp və "Barselona"nı çalışdıran Xavi Hernandes mövsüm bitdikdən sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
saytlarin hazirlanmasi