"Liverpul" "Çelsi"ni darmadağın etdi - VİDEO

09:21 - 1 Fevral 2024

İngiltərə Premyer Liqasında 22-ci turun görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, turun mərkəzi matçında "Liverpul" doğma meydanda "Çelsi"ni qəbul edir. Qarşılaşma Mersisayd təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 51-ə yüksəldən "Liverpul" çempionatın lideridir. 31 xalı olan "Çelsi" isə 10-cu yerdədir.

"Liverpul" - "Çelsi" 4:1
Qollar:
Dieqo Jota, 23, Konor Bredli, 39, Domonik Soboslai, 65, Luis Dias, 79 - Kristofer Nkunku, 71

Xəbər xətti