"Mançetser Yunayted"in heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Lisandro Martines sıradan çıxıb. Argentinalı futbolçu Premyer Liqanın 23-cü turunun "Vest Hem"lə matçında (3:0) zədələnib.
Baş məşqçi Erin ten Haq 25 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" Lisandro martinesi 2022-ci ilin yayında "Ayaks"dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi